BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir deputat koronavirusa yoluxdu

İran parlamentinin deputatı Məhəmməd Mehdi Zahidi koronavirusa yoluxub.

 

Pravda.az-ın xəbərinə görə, koronavirus aşkarlanan deputat Tehrandakı xəstəxanalardan birinə yerləşdirilib və vəziyyəti getdikcə yaxşılaşır.

 

Qeyd edək ki, may ayında İran parlamentinin koronavirusa yoluxan iki deputatı vəfat edib. İndiyədək 20-dən çox deputatda koronavirusa yoluxma aşkarlanıb.  Bu ölkədə COVID-19-a yoluxanların sayı 204 952 nəfərdir. 9623 nəfər vəfat edib. 163 591 nəfər sağalıb.APA

Tarix: 21 İyun 2020, 18:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin