BURADA REKLAMINIZ OLA
BİLƏR

Cənubi Koreya prezidenti impiçmentdən yayındı

Cənubi Koreya parlamenti prezident Yun Sok-Yölə impiçment elan etmək üçün lazım olan səs sayını toplaya bilməyib.

 

Bu barədə Yonhap agentliyi məlumat yayıb.

 

İmpiçment prosedurunu altı müxalifət partiyası başlatmışdı. Parlamentdə bu partiyaların cəmi 192 yeri olduğu üçün qərarın qəbul olunması üçün hakim "Vətəndaş Qüvvəsi" partiyasının ən azı səkkiz üzvünün dəstəyi lazım idi.

 

Lakin parlamentin plenar iclasının başlamasına yalnız bir neçə dəqiqə qalmış "Vətəndaş Qüvvəsi" impiçmentə səs verməmək qərarına gəlib və prosesi boykot edib.

 

Nəticədə Yun Sok-Yöl impiçmentdən yayına bilib./Trend

Tarix: 7 Dekabr 2024, 22:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin