BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 1 milyonluq dələduzluq edən şəxslərdən xəbər var

Bakıda dələduzluqda təqsirləndirilən İqbal Həsənli və Elşad Cabbarovun barəsindəki qərardan kassasiya şikayəti verilib.    

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. 
 

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 11-nə təyin edilib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İqbal Həsənli 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elşad Cabbarova isə şərti cəza verilib və o, məhkəmə zalından azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. 

 
İttihama görə, hər iki şəxs xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özlərini fərdi sahibkar, işgüzar və etibarlı şəxs kimi təqdim edərək bir neçə şəxsə qarşı dələduzluq ediblər.
 

Cinayət materiallarında qeyd edilib ki, onlar ümumilikdə 896 230 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.

 

Kamal Məmmədov 

 

Tarix: 9 Dekabr 2024, 09:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin