BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhaliyə şad xəbər

Gələn il pensiyanın minimum məbləği artacaq.

 

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi zamanı komitənin sədri Musa Quliyev deyib.

 

Musa Quliyev pensiyaların sığorta hissəsinin artacağını da bildirib: “Gələn ilin əvvəlində bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi təxminən 9 % artacaq”.

 

Komitə sədri qeyd edib ki, DSMF-nin və İSF-nin büdcəsində gələn il üçün artımlar var: “Gələn il üçün olan artımlar imkan verəcək ki, bizim sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımız, şəhid ailələrimiz və qazilərimizin daha çox sosial rifahları təmin olunsun. İSF-nin gələn il üçün nəzərdə tutulan büdcəsinin 50%-i aktiv məşğulluğa yönləndiriləcək”.

 

APA

Tarix: 9 Dekabr 2024, 14:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin