BURADA REKLAMINIZ OLA
BİLƏR

Zakir Həsənov: “Tanklarımız, toplarımız atır, təyyarələrimiz uçur”

"Bu gün bizim bütün hərbi hissələrimizin öz təlim mərkəzi, trenajor zalları var. Yəni ki, hərbi hissənin daxilində hərbçilərimiz öz döyüş hazırlıqlarını davam etdirirlər. Bununla bağlı heç bir problem yoxdur".

 

Pravda.az-ın xəbərinə görə, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Real" tv-yə müsahibəsində deyib.

 

"Pandemiya şəraitini nəzərə alaraq bəzi tədbirlər planında düzəlişlər etmişik. Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrini yerinə yetiririk. Amma pandemiya şəraiti bu gün Azərbaycan Ordusunun döyüş hazırlığına təsir göstərmir. Təlimlərimiz davam edir, necə deyərlər, tanklarımız, toplarımız atır, təyyarələrimiz uçur", - Müdafiə naziri bildirib.

Tarix: 21 İyun 2020, 23:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin