BURADA REKLAMINIZ OLA
BİLƏR

"Net Elektrik"lə bağlı qərar verildi

Yasamal Rayon Məhkəməsində "Net Elektrik" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən iclasda qərar açıqlanıb. Qərara əsasən, şirkət cərimələnib.

 

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. 

 

Xəyal Quliyev

Tarix: 13 Dekabr 2024, 07:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin