BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə həmkəndlisini bıçaqlayan şəxslə bağlı qərar verdi

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Hikmət Bayramov barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 9 fevral 2024-cü ildə, gecə saat 2 radələrində Masallı rayonunun Yeddioymaq kəndində baş verib. 

 

Belə ki, 1985-ci il təvəllüdlü Hikmət Bayramov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Şamxal Muxtarzadəyə bıçaqla xəsarət yetirib.  

 

Məlumata görə, Hikmət kənddə yerləşən özünün icarə əsasında işlətdiyi kafenin qarşısında tanışı olan Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olan, amma rayonunun Qasımlı kəndində yaşayan Şamxalla söhbət edib. Bu zaman Hikmət 10 iyul 2023-cü ildə qardaşına məxsus olan ət kəsimi məntəqəsinin yanmasında iştirakının olub-olmamasını aydınlaşdırmaq istəyərkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində olan bıçaqla Şamxala qəsdən bir dəfə zərbə vurub. 

 

Hadisəni törədən Hikmətin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Kamal Məmmədov

 

 

Tarix: 13 Dekabr 2024, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin