BURADA REKLAMINIZ OLA
BİLƏR

Konstruksiya dəyişikliyi etdiyi avtomobilini “Tik-Tok”-da paylaşan sürücü həbs edildi

Bakıda konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan avtomobili idarə edərək sosial şəbəkədə paylaşan sürücü müəyyən olunub.

 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən həmin sürücü V.Güləliyev idarə etdiyi konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan “VAZ- 2107” markalı nəqliyyat vasitəsi ilə rayon ərazisində hərəkətdə olarkən saxlanılıb.

 

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Tarix: 13 Dekabr 2024, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin