BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda küçələr 712 min manata işıqlandırılacaq - "Tender kralı" qalib oldu

Sumqayıtda küçələrin işıqlandırılması üçün 712 min manat xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsi "İnterkabel" firması ilə müqavilə imzalayıb.

 

Müqaviləyə əsasən, qurum firmaya elektrik mal-materiallarının alınması üçün 711 960 AZN ödəyəcək. Xidmət Sahəsinin ötən il elan etdiyi tenderin də qalibi bu şirkət olub. Firma digər dövlət qurumlarının da elan etdiyi tenderləri əldə edib. 

 

Cabir Həsənov

Tarix: 13 Dekabr 2024, 18:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin