BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobil atəşə tutuldu, azərbaycanlı qadın öldü

Ukraynada azərbaycanlı qadın öldürülüb. Pravda.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Odessa şəhərində baş verib.

 

Məlumata görə, avtomobilin atəşə tutulması nəticəsində 40 yaşlı Alena Hacıyeva 4 güllə yarası alıb və bu səbəbdən həlak olub. Onunla birlikdə avtomobildə rəfiqəsinin də öldüyü bildirilir.

 

Qeyd edək ki, Alena Hacıyevanın Birinci Qarabağ müharibəsində Lənkəran batalyonunun komandiri Cəmil Hacıyevin qızı olduğu bildirilir.

Tarix: 13 Dekabr 2024, 23:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin