BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstanın yeni Prezidenti o oldu - FOTO

Mixeil Kavelaşvili Gürcüstanın 6-cı Prezidenti seçilib.

 

Gürcüstan Mərkəzi Seçki Komissiyası bu gün parlamentdə keçirilən səsvermənin nəticələrinin hesablanmasını başa çatdırıb. Səsvermədə Seçicilər Kollegiyasının 225 üzvü iştirak edib, onlardan 224-ü 53 yaşlı keçmiş futbolçu, hakim partiyanın “Xalqın gücü” fraksiyasının həmtəsisçisi Mixeil Kavelaşvilinin prezident postuna namizədliyini dəstəkləyib.

 

Qeyd edək ki, legitimliyi tanımadığını bəyan edən müxalifət partiyaları prezident seçkisində iştirak etməyiblər. Gürcüstan Prezidenti Salome Zurabişvili də parlamenti və prezident seçkisini legitim hesab etmədiyi üçün səlahiyyət müddətinin davam edəcəyini bəyan edib.

 

Yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq./APA

 

 

Fotoları təqdim edirik
Tarix: 14 Dekabr 2024, 15:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin