BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əsədov: Tədbirlər Planının icrası da anti-inflyasiya tədbirlərinə öz töhfəsini verib

Hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da anti-inflyasiya tədbirlərinə öz töhfəsini verib.

 

Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

 

Baş nazir deyib ki, dünya ərzaq qiymətlərinin nisbətən bahalaşmasına, əsas ticarət tərəfdaşlarında yüksək inflyasiyaya baxmayaraq, 2024-cü ilin 11 ayında Azərbaycanda orta illik inflyasiya 2.0%, illik inflyasiya isə 4.4% olub: “Hazırda dünyada və regionda davam edən geosiyasi gərginliklərə, iqlim dəyişikliklərinə, əmtəə bazarlarında qiymətlərin volatilliyinə baxmayaraq ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub”.

 

APA

Tarix: 16 Dekabr 2024, 12:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin