BURADA REKLAMINIZ OLA
BİLƏR

Məbləğ 285 manat oldu - Prezident qanunu imzaladı

Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.

 

Pravda.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Qanunu imzalayıb.

 

Beləliklə, ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan manatdan 285 manata qaldırılıb.

 

Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Tarix: 24 Dekabr 2024, 18:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin