BURADA REKLAMINIZ OLA
BİLƏR

190 manatla bağlı mühüm açıqlama: Faktiki yaşayış yeri nəzərə alınacaq

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmənin verilməsi ilə bağlı ən çox verilən suallara aydınlıq gətirilib.

 

Pravda.az-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq. Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək.

 

F.Talıbov, eyni zamanda, qeyd edib ki, ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları) üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunacaq.

Tarix: 23 İyun 2020, 15:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin