BURADA REKLAMINIZ OLA
BİLƏR

“AccessBank” geri satın alınmış imtiyazlı səhmlərini ləğv etdi

“AccessBank” QSC geri satın alınmış imtiyazlı səhmlərin dövriyyədən çıxarıb və ləğv edib.

 

Məlumata görə, “Accessbank” hər birinin nominal dəyəri 1 manat, ümumi nominal dəyəri və ümumi dəyəri 11 mln. 388 min 889 manat geri satın alınmış ( 11 mln. 388 min 889 ədəd) AZ3002004282 və AZ3001004283 dövlət qeydiyyat nömrəli qeyri-kumulyativ, sənədsiz, adlı imtiyazlı səhmlərin dövriyyədən çıxarıb və ləğv edib.

 

Qeyd edilib ki, bu, Bankın Səhmdarlarının Ümumi Yığıncağının 29 may 2024-cü il tarixli qərarına əsasən həyata keçirilib.

 

Səhmlərin geri satın alınması prosesi Mərkəzi Bankın yazılı razılığı əsasında 24 iyul 2024-cü il tarixində başlayıb və 9 dekabr 2024-cü il tarixində başa çatıb. Bank tərəfindən geri satın alınmış imtiyazlı səhmlər üzrə ödəniş imtiyazlı səhmdarların hesablarına köçürülüb.

 

APA

Tarix: 27 Dekabr 2024, 15:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin