BURADA REKLAMINIZ OLA
BİLƏR

Məktəbdənkənar təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələri açıqlandı

2024-cü ildə 145 məktəbdənkənar təhsil müəssisəsindən 107-də monitorinqlər aparılıb və bu müəssisələrdə fəaliyyət göstərən dərnək və idman qruplarının 70 faizində yoxlamalar aparılıb.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Monitorinqin nəticələrinə əsasən, fəaliyyət göstərməyən 125 qrup bağlanıb, davamiyyəti aşağı olan qruplara nəzarət gücləndirilib və 64 müəssisə rəhbərinə intizam tənbehi tədbirləri tətbiq edilib. 29 direktora xəbərdarlıq, 12 direktora töhmət, 18 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib və 5 müəssisə rəhbəri işdən azad edilib.

Tarix: 28 Dekabr 2024, 12:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin