BURADA REKLAMINIZ OLA
BİLƏR

İxtiyar Abuşov cəzalandırıldı

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, xüsusi karantin şəraitində videokonfrans formatında keçirilən iclasda Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edib.

 

Bildirilib ki, bəzi hakimlər tərəfindən intizamsızlıq və qanunvericiliyin tələblərinin pozulması hallarına yol verildiyi müəyyən edilib.

 

İclasda xüsusi karantin rejiminin, hakimlərin etik davranış Qaydalarının tələblərinin pozulmasına görə Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib, 5 hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb.

Tarix: 23 İyun 2020, 21:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin