"Polad fərqli bir insan idi. Dostluğa sadiq, sülhsevər və sadə biri idi. Heç vaxt dostunu satmazdı. Bəzən onun günahını özü boynuna alıb, dostunu pis vəziyyətdən çıxarardı".
Bu sözləri hərbi həkim, TƏBİB-in Quba rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Əlyar Sərvərov Bizim.Media-ya açıqlamasında bildirib.
O, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olduğu gündə şəhid general-mayorla bağlı xatirələrini bölüşüb:
"2007-ci il idi. Mən Qusardakı hərbi hissənin tibb xidmətinin rəisi idim. Polad Həşimov isə hərbi hissənin qərargah rəisi idi. Bir dəfə tibb xidmətinin əsgərləri yolda hərbi nizam-intizamı pozmuşdular. Komandir bunu eşidib hirslənmişdi, məni yanına çağırmışdı.
Mən hərbi hissə komandirinin yanına gedəndə o, məni getməyə qoymadı, öz otağına çağırdı.
Dedi, "əsgərlərin düz eləməyib, sən burda, mənim otağımda gözlə. Mən gedib komandirə deyəcəyəm ki, Sərvərovu tənbeh elədim. Bir də belə hal olmayacaq”. Belə də etdi. Mən onun otağında gözlədim. Gedib gəldi.
Dedi ki, "narahat olma, mən komandirə dedim ki, səni tənbeh etmişəm. Amma əsgərlərin çox məsuliyyətli olsunlar, belə hal daha təkrar olunmasın. Mən gəldim tibb xidmətinə, intizamsızlıq edən əsgərlərə öz sözümü dedim, onlardan bir də belə etməmələrini tələb etdim".
Əlyar Sərvərov təəssüf hissi ilə qeyd edib ki, dostu, yüzlərlə əsgərinin, hərbçinin ürəyində daimi taxt qurmuş Polad Həşimovu çox tez itirdik:
"Polad sübut etdi ki,o nəinki dostcanlı, həm də vətənpərvər, dövlətini sevən və igid bir hərbçi imiş”.
Polad Həşimovla bağlı çoxsaylı xatirələrini danışan Əlyar Sərvərov dostunun şəkil çəkdirməyi qəti sevmədiyini bildirib:
"Sadə, qara telefonu vardı. Onu da üstündə gəzdirməzdi. Ona görə birgə şəklimiz də yoxdur",- deyə Quba xəstəxanasının baş direktoru Əlyar Sərvərov vurğulayıb.
O bu gün 50 yaşı tamam olan səngər generalı kimi tarixə düşən, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun qəlblərdə daima yaşayacağını vurğulayıb.
Qeyd edək ki, Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.
General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.
9 Oktyabr 20:00
9 Oktyabr 19:57
9 Oktyabr 19:03
9 Oktyabr 19:01
9 Oktyabr 18:58
9 Oktyabr 18:51
9 Oktyabr 18:19
9 Oktyabr 18:13
9 Oktyabr 18:07
9 Oktyabr 18:06
9 Oktyabr 18:04
9 Oktyabr 17:57
9 Oktyabr 17:51
9 Oktyabr 17:48
9 Oktyabr 17:39
9 Oktyabr 17:37
9 Oktyabr 17:37
9 Oktyabr 17:25
9 Oktyabr 17:15
9 Oktyabr 17:05
9 Oktyabr 16:53
9 Oktyabr 16:45
9 Oktyabr 16:37
9 Oktyabr 16:32
9 Oktyabr 16:23
9 Oktyabr 16:12
9 Oktyabr 16:05
9 Oktyabr 16:02
9 Oktyabr 15:58
9 Oktyabr 15:47
9 Oktyabr 15:41
9 Oktyabr 15:40
9 Oktyabr 15:30
9 Oktyabr 15:27
9 Oktyabr 15:21
9 Oktyabr 15:19
9 Oktyabr 15:11
9 Oktyabr 15:03
9 Oktyabr 14:49
9 Oktyabr 14:46
9 Oktyabr 14:44
9 Oktyabr 14:41
9 Oktyabr 14:31
9 Oktyabr 14:18
9 Oktyabr 14:14
9 Oktyabr 14:11
9 Oktyabr 14:07
9 Oktyabr 14:05
9 Oktyabr 14:02
9 Oktyabr 13:55
9 Oktyabr 13:53
9 Oktyabr 13:43
9 Oktyabr 13:29
9 Oktyabr 13:25
9 Oktyabr 13:22
9 Oktyabr 13:19
9 Oktyabr 13:15
9 Oktyabr 13:09
9 Oktyabr 12:58
9 Oktyabr 12:56
9 Oktyabr 12:55
9 Oktyabr 12:50
9 Oktyabr 12:50
9 Oktyabr 12:46
9 Oktyabr 12:44
9 Oktyabr 12:24
9 Oktyabr 12:23
9 Oktyabr 12:17
9 Oktyabr 11:55
9 Oktyabr 11:43
9 Oktyabr 11:41
9 Oktyabr 11:34
9 Oktyabr 11:31
9 Oktyabr 11:16
9 Oktyabr 11:10
9 Oktyabr 11:07
9 Oktyabr 11:07
9 Oktyabr 11:05
9 Oktyabr 10:59
9 Oktyabr 10:50
9 Oktyabr 10:48
9 Oktyabr 10:45
9 Oktyabr 10:44
9 Oktyabr 10:41
9 Oktyabr 10:39
9 Oktyabr 10:35
9 Oktyabr 10:33
9 Oktyabr 10:27
9 Oktyabr 10:25
9 Oktyabr 10:21
9 Oktyabr 10:19
9 Oktyabr 10:19
9 Oktyabr 10:18
9 Oktyabr 10:16
9 Oktyabr 10:15
9 Oktyabr 10:04
9 Oktyabr 10:02
9 Oktyabr 09:50
9 Oktyabr 09:36
9 Oktyabr 09:34
9 Oktyabr 09:33
9 Oktyabr 09:30
9 Oktyabr 09:14
9 Oktyabr 09:07
9 Oktyabr 09:03
9 Oktyabr 08:53
9 Oktyabr 08:50
9 Oktyabr 08:20
9 Oktyabr 06:45
9 Oktyabr 06:44
9 Oktyabr 06:39
9 Oktyabr 06:31
9 Oktyabr 06:27
9 Oktyabr 00:50
8 Oktyabr 23:04
8 Oktyabr 20:25
8 Oktyabr 20:22
8 Oktyabr 19:22
8 Oktyabr 19:21
8 Oktyabr 18:37
8 Oktyabr 18:29
8 Oktyabr 18:25
8 Oktyabr 18:21
8 Oktyabr 18:15
8 Oktyabr 17:59
8 Oktyabr 17:57
8 Oktyabr 17:56
8 Oktyabr 17:51
8 Oktyabr 17:49
8 Oktyabr 17:48
8 Oktyabr 17:45
8 Oktyabr 17:44
8 Oktyabr 17:36
8 Oktyabr 17:35
8 Oktyabr 17:27
8 Oktyabr 17:17
8 Oktyabr 17:09
8 Oktyabr 17:05
8 Oktyabr 17:00
8 Oktyabr 16:44
8 Oktyabr 16:41
8 Oktyabr 16:36
8 Oktyabr 16:30
8 Oktyabr 16:27
8 Oktyabr 16:24
8 Oktyabr 16:18
8 Oktyabr 16:15
8 Oktyabr 16:01
8 Oktyabr 15:59
8 Oktyabr 15:57
Ən son xəbərləri səhifəmizdən də izləyin