BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi

Yeni doğulan uşaqlara eyni adların təkrar-təkrar verilməsinin qarşısı alınmalıdır.


Pravda.az-ın Modern.az-a istinadən məlumatına görə, bunu Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.


O bildirib ki, Azərbaycan dilində izahlı lüğətlər hazırlanıb: "Bu lüğətlərdə 12-13 minə qədər ad öz əksini tapıb. Bir məktəbdə, sinifdə Əli, yaxud Fatimə adının 15-20 nəfərə verilməsi yaxşı hal deyil".


Sayalı Sadıqova uşaqlara mürəkkəb adların verilməsini də yaxşı hal hesab etmir:


"Məsələn uşağa Zeynəb, Fatimə, Məryəm adlarının birlikdə verilməsi ilə bağlı müraciət edilmişdi. Bu adların ancaq birinin yazılması tövsiyə edilib".

Tarix: 11 Yanvar 2025, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin