Müğənni Nura Suri aparcılardan şikayətçidir.
Bu barədə ifaçı sosial media hesabında yazıb. O, son vaxtlar niyə efirlərə çıxmamasına belə aydınlıq gətirib:
"Verlişlərə getməməyimin səbəbləri var. Bütün kanallardan dəvət alıram (problem bu deyil). Hətta bayram konsertlərinə də qatılmadım (dəvət aldım). Birinci məni qane etməyən məsələ, verlişlərdə danışılan mövzulardır. İllərdir efirdə eyni mövzuları müzakirə etməkdən bezmişəm və utanıram hətta. Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram. Aparıcılar 3-4 qonaq dəvət edib verilişin yarısını reklamlara həsr edirlər. Qonaqlar sanki boşluğu dolduran maket kimidir. Aparıcılar sosial şəbəkələrdə paylaşıb reytinq yığmaq üçün məşhurlardan istifadə edirlər və çox vaxt onları məsxərə obyektinə çevirirlər (bütün aparıcılara şamil olunmur).
Mən hər hansı bir verlişə çıxıb özümü olduğum kimi tanıtmaq imkanı görmürəmsə, hətta olmadığım kimi tanıdılıb sonra sosial şəbəkələrdə (kəsib-doğrayıb dediklərimi kontekstdən çıxararaq) təhqir olunmaq üçün istifadə edilirəmsə, mənə belə məşhurluq, efir lazım deyil.
Mən öz sosial şəbəkə hesablarımda məni izləyən, dostluğumda olan insanlar üçün yazıb fikirlərimi və gördüyüm işləri paylaşıram. Bu məni qane edir. Hamı tərəfindən sevilmək və qəbul olunmaq kimi arzum, istəyim, kompleksim yoxdur. Uşaqlıqdan hamı kimi olmaq istəməmişəm və olmamışam da. Sevilmək və qəbul olunmaq üçün əmək sərf etməmişəm (çabalamamışam). Məktəbdə oxuduğum ərəfələrdə bəzi dərslər mənə maraqlı olmadığı üçün girmirdim (həndəsə, coğrafiya). Məktəbdə olduğumu bilən müəllimlər məni axtarıb kitabxanada tapırdılar. Dünya ədəbiyyatını o qədər sevirdim ki, bütün kitabları (anlamasam belə) sevə-sevə oxuyurdum. Məni cəzalandıra da bilmirdilər məktəbdə. Çünki dərsdən kitabxanaya qaçırdım (bunun cəzası yox idi). Başqa insanların (yazıçıları nəzərdə tuturam) gözüylə dünyaya baxıb hiss və dərk etmək maraqlı idi. Uşaqlıqdan bu dünyanı tək başına anlamağın çətin olduğunu bilirdim. Kitabları bu səbəbdən sevirdim. İndi də sevirəm.
Məni olduğum kimi təqdim edə biləcək, fikirlərimi kəsib doğramadan olduğu kimi, fərqli mövzuları müzakirə etmək üçün (əlavə qonaq olmadan) verilişə dəvət etmək istəsəniz, gələrəm".
16 Mart 12:55
16 Mart 12:50
16 Mart 12:35
16 Mart 12:32
16 Mart 12:24
16 Mart 12:22
16 Mart 12:21
16 Mart 12:19
16 Mart 11:37
16 Mart 11:32
16 Mart 11:31
16 Mart 10:38
16 Mart 10:36
16 Mart 10:25
16 Mart 10:23
16 Mart 10:22
16 Mart 10:20
16 Mart 10:18
16 Mart 09:29
16 Mart 09:09
16 Mart 09:06
16 Mart 08:53
16 Mart 08:51
16 Mart 08:47
16 Mart 08:46
16 Mart 08:40
16 Mart 08:34
16 Mart 08:25
16 Mart 08:23
16 Mart 08:20
16 Mart 08:14
16 Mart 08:09
16 Mart 08:05
16 Mart 07:58
16 Mart 02:20
16 Mart 02:14
16 Mart 01:31
16 Mart 01:18
16 Mart 00:47
16 Mart 00:36
16 Mart 00:33
16 Mart 00:30
16 Mart 00:28
16 Mart 00:26
15 Mart 23:26
15 Mart 22:45
15 Mart 20:49
15 Mart 20:44
15 Mart 20:18
15 Mart 20:14
15 Mart 18:39
15 Mart 18:35
15 Mart 17:55
15 Mart 17:20
15 Mart 15:39
15 Mart 14:32
15 Mart 14:03
15 Mart 12:42
15 Mart 11:58
15 Mart 11:02
15 Mart 10:28
15 Mart 08:56
15 Mart 08:54
15 Mart 08:45
15 Mart 08:40
15 Mart 00:44
15 Mart 00:41
14 Mart 23:44
14 Mart 23:38
14 Mart 20:50
14 Mart 19:20
14 Mart 17:34
14 Mart 16:42
14 Mart 16:37
14 Mart 16:31
14 Mart 16:26
14 Mart 16:24
14 Mart 16:03
14 Mart 15:57
14 Mart 15:37
14 Mart 14:55
14 Mart 14:53
14 Mart 14:29
14 Mart 14:27
14 Mart 14:24
14 Mart 14:22
14 Mart 14:06
14 Mart 13:53
14 Mart 13:01
14 Mart 12:59
14 Mart 12:38
14 Mart 12:37
14 Mart 12:11
14 Mart 12:06
14 Mart 12:03
14 Mart 10:59
14 Mart 10:57
14 Mart 10:00
14 Mart 09:11
14 Mart 09:06
14 Mart 08:51
14 Mart 08:39
14 Mart 08:14
14 Mart 02:28
14 Mart 02:25
14 Mart 01:25
13 Mart 23:00
13 Mart 22:19
13 Mart 21:10
13 Mart 21:07
13 Mart 20:06
13 Mart 20:02
13 Mart 20:01
13 Mart 19:47
13 Mart 18:53
13 Mart 18:15
13 Mart 18:11
13 Mart 18:09
13 Mart 18:04
13 Mart 18:03
13 Mart 17:28
13 Mart 17:16
13 Mart 17:10
13 Mart 17:07
13 Mart 17:03
13 Mart 16:56
13 Mart 16:29
13 Mart 16:25
13 Mart 16:14
13 Mart 16:08
13 Mart 15:50
13 Mart 15:46
13 Mart 15:42
13 Mart 15:25
13 Mart 15:16
13 Mart 15:04
13 Mart 14:54
13 Mart 14:43
13 Mart 14:40
13 Mart 14:31
13 Mart 14:30
13 Mart 14:20
13 Mart 14:10
13 Mart 13:57
13 Mart 13:42
13 Mart 13:13
13 Mart 12:53
13 Mart 12:25
13 Mart 12:21
13 Mart 12:19
Ən son xəbərləri səhifəmizdən də izləyin