BURADA REKLAMINIZ OLA
BİLƏR

Diqqət: Məlumatlarınız silinəcək

“Google şirkəti bir sıra xidmətlərində istifadəçi məlumatlarının saxlanması qaydalarını dəyişdirəcək, məhdudiyyət müddətinin bitməsindən sonra məlumatlar avtomatik olaraq silinəcək”.

 

Pravda.az xəbər verir ki, bunu şirkətin baş direktoru Sundar Piçai açıqlamasında bildirib.

 

O qeyd edib ki, Google istifadəçilərin şəxsi məlumatlarının qorunması üçün əlavə tədbirlər görmək niyyətindədir: “Şirkətin bir sıra xidmətlərindəki yeni hesablarda bütün məlumatlar toplanandan 18 ay sonra avtomatik olaraq silinəcək”.

 

Piçainin sözlərinə görə, Google-a məxsus YouTube portalının hesablarından məlumat alındıqdan 36 ay sonra silinəcək. Bu müddət 18 və ya 3 aya endirilə bilər.

 

Qeyd edək ki, Google əvvəllər də özləri də bilmədən çox məlumat topladıqlarına görə  istifadəçilərini dəfələrlə tənqid etmişdi.APA

Tarix: 25 İyun 2020, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin