BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda dənizin sahilində 2 suiti və 15-dən çox quş cəsədi aşkarlanıb - FOTO

Bakının Bilgəh qəsəbəsində ictimai çimərliklərin birində 2 suiti və 15-dən çox quş cəsədi aşkarlanıb. 

 

Bu barədə görüntüləri “Ecofront” səhifəsi yayıb.

 

Pravda.az məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb. 

 

Qurumun mətbuat katibi İradə İbrahimova bildirib ki, ETSN bu barədə məlumatlıdır: “Əməkdaşlar əraziyə gediblər. Məsələ araşdırılır. Cəsədlərdən nümunlər götürüləcək və analiz aparılacaq. Nəticəsi barədə məlumat veriləcək”. 

Fotoları təqdim edirik
Tarix: 13 Yanvar 2025, 10:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin