Daha bir cərrah əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib.
Məlumatına görə, son zamanlarda cərrahların əslində sterilliyi daim qorunmalı olan və heç bir yad cismin daxil olmadığı əməliyyat otağından paylaşımlarının ard-arası kəsilmir.
Sosial şəbəkələrdə "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı TikTok platformasında canlı yayın açması ilə bağlı görüntülər yayılıb.
Görüntülərdən məlum olur ki, bədən şəkilləndirmə əməliyyatı zamanı işçilərdən biri musiqi sədaları altında yazılan şərhləri oxuyur və cavablandırır. Həkimlər isə bu əsnada xəstədən piy çıxarmağa davam edir. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.
Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.
Məsələ ilə bağlı əməliyyatda iştirak edən cərrah Təbəssüm Qurbanova ilə əlaqə saxladıq.
O, lent.az-a açıqlamasında bu fikirləri səsləndirib:
"Başa düşürəm, hazırda plastik cərrahların işi gündəmə açıq bir mövzudur. İnsanlar bilmədən qınayırlar, amma mən qanunazidd heç bir addım atmamışam. Canlı yayımlarda nə əlcəksiz, nə maskasız, nə da saçı açıq bir tibb işçisi görə bilməzsiniz. Çünki bizim əməliyyatlarda bütün sterillik qorunur. Biz əksər əməliyyatlarımız zamanı sosial şəbəkələrdə canlı yayım açırıq. Bu, bizim işimizin düzgün şəkildə təbliği üçün yararlıdır. Xüsusilə də bədən şəkilləndirmə əməliyyatı bugünkü gündə diqqət çəkən mövzudur. Mənim pasiyentlərim elə canlılarıma baxaraq müraciət edirlər".
“Xəstənin icazəsi məsələsinə gəldikdə isə mənim əməliyyat masama uzanan hər bir pasiyent canlı yayım açacağım ehtimalının olduğunu bilir. Əvvəlcədən biz bütün xəstələrin buna razılığını alırıq”, - deyə cərrah əlavə edib.
Onu da əlavə edək ki, xarici ölkələrdə pasiyent haqqında məlumatı yayan həkimlər həbs olunur. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biabırçılıqdır. Bu cür paylaşımlar, canlı yayımlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir.
Qeyd edək ki, yaxın günlərdə də oxşar bir hadisə baş verib. Mama-ginekoloq Ləman Əliyevaya əməliyyat zamanı iş yoldaşları tərəfindən sürpriz edilib. Belə ki, hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şam üfürüb.
Bu görüntülərin sosial şəbəkədə yayılmasından sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2000 manat cərimələnib.
6 Fevral 17:32
6 Fevral 17:24
6 Fevral 17:14
6 Fevral 17:08
6 Fevral 16:58
6 Fevral 16:48
6 Fevral 16:38
6 Fevral 16:31
6 Fevral 16:22
6 Fevral 16:16
6 Fevral 16:12
6 Fevral 16:11
6 Fevral 16:08
6 Fevral 16:05
6 Fevral 16:03
6 Fevral 15:49
6 Fevral 15:41
6 Fevral 15:37
6 Fevral 15:35
6 Fevral 15:30
6 Fevral 15:27
6 Fevral 15:25
6 Fevral 15:13
6 Fevral 15:09
6 Fevral 14:59
6 Fevral 14:56
6 Fevral 14:50
6 Fevral 14:46
6 Fevral 14:37
6 Fevral 14:04
6 Fevral 13:50
6 Fevral 13:45
6 Fevral 13:37
6 Fevral 13:28
6 Fevral 13:25
6 Fevral 13:23
6 Fevral 13:18
6 Fevral 13:07
6 Fevral 12:51
6 Fevral 12:50
6 Fevral 12:36
6 Fevral 12:22
6 Fevral 12:13
6 Fevral 12:09
6 Fevral 12:06
6 Fevral 12:01
6 Fevral 11:38
6 Fevral 11:38
6 Fevral 11:34
6 Fevral 11:25
6 Fevral 11:25
6 Fevral 11:19
6 Fevral 11:15
6 Fevral 11:12
6 Fevral 11:09
6 Fevral 11:05
6 Fevral 10:58
6 Fevral 10:42
6 Fevral 10:25
6 Fevral 10:01
6 Fevral 09:55
6 Fevral 09:46
6 Fevral 09:38
6 Fevral 09:19
6 Fevral 09:15
6 Fevral 09:11
6 Fevral 09:10
6 Fevral 09:06
6 Fevral 09:02
6 Fevral 08:58
6 Fevral 08:56
6 Fevral 08:52
6 Fevral 08:49
6 Fevral 08:46
6 Fevral 08:43
6 Fevral 08:22
6 Fevral 08:17
6 Fevral 08:12
6 Fevral 08:08
6 Fevral 08:02
6 Fevral 07:23
6 Fevral 07:14
6 Fevral 00:32
6 Fevral 00:29
6 Fevral 00:27
5 Fevral 23:07
5 Fevral 21:31
5 Fevral 21:29
5 Fevral 21:26
5 Fevral 21:21
5 Fevral 21:10
5 Fevral 20:45
5 Fevral 19:48
5 Fevral 19:06
5 Fevral 18:58
5 Fevral 18:11
5 Fevral 18:09
5 Fevral 18:01
5 Fevral 17:35
5 Fevral 17:32
5 Fevral 17:30
5 Fevral 17:29
5 Fevral 17:21
5 Fevral 17:16
5 Fevral 17:12
5 Fevral 17:09
5 Fevral 16:58
5 Fevral 16:37
5 Fevral 16:20
5 Fevral 16:13
5 Fevral 16:10
5 Fevral 16:00
5 Fevral 15:55
5 Fevral 15:51
5 Fevral 15:40
5 Fevral 15:36
5 Fevral 15:23
5 Fevral 15:08
5 Fevral 15:07
5 Fevral 14:44
5 Fevral 14:41
5 Fevral 14:34
5 Fevral 14:28
5 Fevral 14:25
5 Fevral 14:23
5 Fevral 14:22
5 Fevral 14:20
5 Fevral 14:18
5 Fevral 14:02
5 Fevral 13:42
5 Fevral 13:39
5 Fevral 13:22
5 Fevral 13:17
5 Fevral 13:12
5 Fevral 12:56
5 Fevral 12:52
5 Fevral 12:49
5 Fevral 12:39
5 Fevral 12:37
5 Fevral 12:35
5 Fevral 12:33
5 Fevral 12:25
5 Fevral 12:20
5 Fevral 12:12
5 Fevral 12:10
5 Fevral 12:04
5 Fevral 12:00
5 Fevral 11:46
5 Fevral 11:36
5 Fevral 11:25
Ən son xəbərləri səhifəmizdən də izləyin