BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda şirkətin pulunu mənimsəyən mağaza müdiri məhkəmə zalında həbs edildi

Binəqədi Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Qulam Əkbərlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbs olunub.


İttihama görə, Qulam Əkbərli 2022-2024-cü illərdə Bakıda MMC-lərin birinin mağazasının müdiri vəzifəsində çalışıb. O, mağazada 02 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək olan dövr ərzində kassaya vurularaq satılmış mallardan əldə edilmiş 12506 manat pulunu mənimsəyib.

Kamal Məmmədov 

Tarix: 17 Yanvar 2025, 12:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin