BURADA REKLAMINIZ OLA
BİLƏR

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 18-i axşamdan 19-u səhərədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yağıntının yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

 

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 18-i axşamdan 20-si gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. 19-u gündüz yağıntıda qısa müddətə fasilə olacaq.

Tarix: 17 Yanvar 2025, 16:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin