BURADA REKLAMINIZ OLA
BİLƏR

Dənizdə boğulan bank işçinin adının əbədiləşdirilməsi təklif edilir

“Xalq Bank”ın "Mərkəz " filialının dənizdə boğulan müdiri Məmmədov Yusif İsak oğlunun adının İmişlidəki küçələrdən birinə verilməsi təklif edilir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə təklifi Y.Məmmədovun dostları irəli sürüblər.

 

Qeyd: 1980-ci il təvəllüdlü Yusif Məmmədov iyunun 20-də Bakıda dənizdə boğularaq ölüb.Yaxınlarının verdiyi məlumata görə, o, dənizdə batmaq təhlükəsi olan uşaqları xilas edərkən həyatını itirib. Belə ki, Y.Məmmədov dənizdə batmaq təhlükəsilə üzləşən və buna görə kömək istəyən uşaqlardan birini xilas etdikdən sonra, ikincisini sahilə çıxarmaq üçün gedib. Bu zaman özü burulğana düşərək boğulub. Onun iki övladı var. Yusif Məmmədov tanınmış prokuror, təqaüddə olan baş ədliyyə müşaviri Ələmdar Məmmədovun qardaşı oğludur.

Tarix: 25 İyun 2020, 17:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin