BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxs həbs edildi - FOTO

Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.

 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb.

 

Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.

 

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Fotoları təqdim edirik
Tarix: 18 Yanvar 2025, 21:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin