BURADA REKLAMINIZ OLA
BİLƏR

İmişlidə baş vermiş dəhşətli qəza ilə bağlı TƏFƏRRÜAT: Avtomobili yeniyetmə idarə edirmiş

İmişlidə baş verən dəhşətli qəzanın yeni təfərrüatı məlum olub.

 

Pravda.az Lent.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb olan avtomobilin sükanı arxasında yeniyetmə olub.

 

Bildirilib ki, araşdırmalar nəticəsində məlum olub ki, YPX avtomobilinin qarşısına çıxan "Mersedes" markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin sürücülük hüququ olmayıb. Onun 17 yaşı var və dayısına məxsus avtomobillə hərəkət edib.

 

Qeyd edək ki, ötən gün İmişlidə xidmətə gedən DYP-nin avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

 

Onlardan iki nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Tarix: 19 Yanvar 2025, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin