BURADA REKLAMINIZ OLA
BİLƏR

Aktyorun avtomobilində doğranmış qadın meyiti tapıldı

Moskvada aktyor Qoşa Kutsenkonun avtomobilində doğranmış qadın meyiti aşkar edilib.

 

Meyit Kutuzovski prospektindəki evlərdən birinin həyətində park edilmiş "Zaporojets" avtomobilində tapılıb.

 

Qətli törətməkdə şübhəli bilinən 30 yaşlı Albert Abdullin artıq saxlanılıb.

 

İlkin məlumatlara görə, A.Abdullin birgə spirtli içki içdikdən tanışı olan qadını öldürüb və meyiti küçədən olan avtobilin içinə atıb.

 

Faktla bağlı cinayət işi açılıb. Müstəntiqlər avtomobilində meyit tapılmış aktyor Qoşa Kutsenkonu dindirməyi planlaşdırır.

 

O da məlum olub ki, Kutsenkonun adına qeydiyyatda olan həmin avtomobilin qapıları açıq olub. Yerli sakinlərin sözlərinə görə, "bomj"lar tez-tez orada gecələyiblər./APA

Tarix: 20 Yanvar 2025, 15:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin