BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarəti bu qədər vəsait təşkil edəcək

Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiymətləri məlum olub.

 

Pravda.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

 

QMİ 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri müəyyən edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

 

Tələb olunan sənədlər:

 

1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

 

2. Şəxsiyyət vəsiqəsinin surəti;

 

3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

 

4. Sağlamlıq haqqında arayış.

 

Sənədlərin qəbulu 21 yanvar 2025-ci ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

 

Qeyd edək ki, yerlər məhduddur. Ötən illərlə müqayisədə kvotanın az olması gözlənilir.

Tarix: 20 Yanvar 2025, 22:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin