Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Yanvarın 22-də Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.
Əlahiddə Ümumqoşun Ordu komandanının keçmiş müavini, general-mayor Rəhim Cəfərov məhkəmədə şahid kimi ifadə verib.
Qeyd edək ki, ötən məhkəmələrdə müdafiə tərəfi (vəkil Ələkbər Cəfərov tərəfindən) onun məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırıb və bununla bağlı vəsatət təmin edilmişdi.
Əlahiddə Ümumqoşun ordunun sabiq komandanı, general-polkovnik Kərəm Mustafayevin məhkəməyə çağırılması vəsatətini isə məhkəmə təmin etməyib.
Məhkəmə prosesində digər şahidlərin də ifadələri dinlənilib.
Məhkəmə fevralın 7-dək təxirə salınıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunub.
Cinayət işi üzrə hərbi hissə komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub. İş üzrə onunla yanaşı, hərbi hissənin Tibb Xidməti rəisi Quliyev Aydın Yaşar oğlu da ittiham olunur.
Onlara Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Ceyhun Hüseynov ADA Universitetinin məzunu olub.
10 Mart 12:48
10 Mart 12:43
10 Mart 12:38
10 Mart 12:33
10 Mart 12:32
10 Mart 12:31
10 Mart 12:28
10 Mart 12:27
10 Mart 12:24
10 Mart 12:05
10 Mart 12:04
10 Mart 12:02
10 Mart 11:52
10 Mart 11:45
10 Mart 11:43
10 Mart 11:42
10 Mart 11:39
10 Mart 11:17
10 Mart 11:15
10 Mart 10:52
10 Mart 10:37
10 Mart 10:34
10 Mart 10:30
10 Mart 10:27
10 Mart 10:09
10 Mart 09:28
10 Mart 09:24
10 Mart 09:22
10 Mart 09:16
10 Mart 09:04
10 Mart 08:40
10 Mart 08:36
10 Mart 08:32
10 Mart 08:29
10 Mart 08:28
10 Mart 08:21
10 Mart 08:17
10 Mart 08:12
10 Mart 08:09
10 Mart 08:08
10 Mart 08:01
10 Mart 07:53
10 Mart 07:51
10 Mart 01:11
10 Mart 00:03
9 Mart 23:57
9 Mart 22:30
9 Mart 21:40
9 Mart 21:38
9 Mart 21:36
9 Mart 21:35
9 Mart 20:19
9 Mart 20:18
9 Mart 20:15
9 Mart 20:12
9 Mart 20:11
9 Mart 20:07
9 Mart 19:31
9 Mart 17:04
9 Mart 17:02
9 Mart 16:39
9 Mart 16:19
9 Mart 15:46
9 Mart 15:45
9 Mart 15:34
9 Mart 15:10
9 Mart 14:54
9 Mart 14:52
9 Mart 13:09
9 Mart 12:52
9 Mart 12:35
9 Mart 12:31
9 Mart 11:23
9 Mart 11:19
9 Mart 11:17
9 Mart 10:42
9 Mart 10:04
9 Mart 10:02
9 Mart 03:50
9 Mart 01:41
9 Mart 01:16
9 Mart 01:14
8 Mart 23:56
8 Mart 23:53
8 Mart 23:51
8 Mart 23:27
8 Mart 23:25
8 Mart 23:11
8 Mart 23:09
8 Mart 21:08
8 Mart 20:34
8 Mart 20:32
8 Mart 19:36
8 Mart 19:20
8 Mart 18:41
8 Mart 18:39
8 Mart 17:25
8 Mart 17:22
8 Mart 17:21
8 Mart 17:19
8 Mart 16:46
8 Mart 15:33
8 Mart 15:23
8 Mart 14:35
8 Mart 13:51
8 Mart 12:55
8 Mart 12:35
8 Mart 11:31
8 Mart 11:16
8 Mart 11:15
8 Mart 11:13
8 Mart 11:12
8 Mart 11:10
8 Mart 11:04
8 Mart 10:30
8 Mart 09:48
8 Mart 09:09
8 Mart 08:47
8 Mart 02:24
8 Mart 02:23
8 Mart 00:13
7 Mart 23:14
7 Mart 23:12
7 Mart 23:08
7 Mart 23:04
7 Mart 22:42
7 Mart 22:39
7 Mart 22:38
7 Mart 22:20
7 Mart 21:33
7 Mart 21:30
7 Mart 21:28
7 Mart 21:26
7 Mart 21:21
7 Mart 20:58
7 Mart 20:30
7 Mart 20:29
7 Mart 18:55
7 Mart 18:39
7 Mart 18:25
7 Mart 18:17
7 Mart 18:12
7 Mart 18:03
7 Mart 17:59
7 Mart 17:52
7 Mart 15:29
7 Mart 14:54
7 Mart 14:45
7 Mart 14:41
7 Mart 14:27
Ən son xəbərləri səhifəmizdən də izləyin