BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüseynbala Mirələmov: “Darıxıram”

“Parlamentlə bağlı xoş xatirələrim var. Orada bərkimişəm. Siyasi cəhətdən tam olaraq parlamentdə formalaşmışam. 15 il parlamentdə təmsil olunmaq zarafat deyil. Əlbəttə, parlament üçün darıxıram”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Hüseynbala Mirələmov deyib.

 

O, bildirib ki, Yeni Azərbaycan Partiyasının üzvü olaraq seçkilərdə öz iradəsi ilə iştirak etmir: “Partiyamız kimi məsləhət bilirsə, onun da namizədliyi irəli sürülür və həmin şəxslər də mübarizəyə qoşulur. Əgər partiyamız  yenidən mənə etimad göstərib namizədliyimi irəli sürərsə, nə ixtiyarım var ki, getməyim! Bu sadəcə olaraq partiyamızın qərarı ilə olan məsələdir. Kimi məsləhət bilsələr, o da böyük məmnuniyyətlə seçkilərə gedəcək. Hesab edirəm ki, bu, partiyanın tapşırığıdır”.Modern.az

Tarix: 26 İyun 2020, 08:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin