BURADA REKLAMINIZ OLA
BİLƏR

Tibbi avadanlıqların satışı ilə məşğul olan şirkət cəzalandırıldı

Nəsimi Rayon Məhkəməsində "Medsol" MMC-yə yazılan inzibati protokola baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.

 

Qərarla şirkət cərimələnib.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: Şirkət tibbi avadanlıqların satışı ilə məşğuldur.

 

Xəyal Quliyev

Tarix: 24 Yanvar 2025, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin