BURADA REKLAMINIZ OLA
BİLƏR

Direktor həbs edildi

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin regional bölmələrində yoxlamalar aparılır.  Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Aqroservis" ASC-nin Cəlilabad regional nümayəndəliyində və digər bölmələrdə aparılan yoxlamalar nəticəsində ciddi pozuntular aşkarlanıb. 

 

Pozuntular Lənkəran-Lerik-Astara rayon bölməsində də aşkar edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə "Aqroservis" ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru Rahim Rzayev vəzifəsindən azad edilib. 

 

Rahim Rzayev bir müddət əvvəl saxlanılaraq barəsində cinayət işi açılıb və həbs edilib. 

 

"Aqroservis" ASC-nin Lənkəran-Lerik-Astara rayon bölməsinin direktoru vəzifəsinə Zaur Muradov Ağaşirin oğlu təyin olunub. 

 

Qeyd edək ki, hazırda "Aqroservis" ASC-nin sədri Mehman Veysəlovdur. 

Tarix: 24 Yanvar 2025, 13:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin