İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
Tədbir çərçivəsində "Bakcell”in baş icraçı direktoru Klaus Müller, Korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova, “Birgə və Sağlam” İB-nin sədri Aytən Eynalova, İB-in Valideyn Məşvərət Şurasının sədri Natəvan Məmmədova və millət vəkili Nigar Arpadarai çıxış ediblər. Tədbirə diplomatik nümayəndəliklərdən, qeyri-hökumət təşkilatlarından (QHT) və media sektorundan olan nümayəndələr də qatılıb və ümumilikdə 40-a yaxın qonaq iştirak edib.
“Bakcell”in baş icraçı direktoru Klaus Müller çıxışında bu təşəbbüsün innovasiya və inklüzivlik baxımından şirkət üçün əhəmiyyətli olduğunu vurğulayıb: "İnnovasiya yalnız texnologiyalarla deyil, həm də cəmiyyətimizin hər bir üzvünə yeni fürsətlər yaratmaqla bağlıdır. "Kaşalata" kimi layihələr neyro-müxtəlifliyi olan gənclərin potensialını ortaya çıxararaq onların cəmiyyətə bərabərhüquqlu inteqrasiyasına və parlaq gələcəyinə zəmin yaradır. "Bakcell" olaraq innovativ həllərlə dayanıqlı və inklüziv cəmiyyətin qurulmasında töhvə verməkdən qürur duyuruq və gələcəkdə də bu kimi təşəbbüsləri dəstəkləməyə davam edəcəyik”.
“Birgə və Sağlam” İctimai Birliyinin məqsədi neyro-müxtəlifliyi olan şəxslərin və onların ailələrinin sosial rifahını dəstəkləməkdir. Bu məqsədlə autizmli şəxslərin cəmiyyətə inteqrasiyasını, inklüziv təhsili və məşğulluq imkanlarının artırılmasını hədəfləyən tədbirlər həyata keçirilir. Hazırda Birliyin nəzdində 2 Autizm Mərkəzi fəaliyyət göstərir. “Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü ilə təsis edilmiş “Kaşalata” kafe xüsusi qayğıya ehtiyacı olan gənclərin məşğulluğunu dəstəkləyən mühüm bir sosial layihədir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
11 Fevral 08:40
11 Fevral 08:38
11 Fevral 08:35
11 Fevral 08:30
11 Fevral 08:25
11 Fevral 08:20
11 Fevral 08:15
11 Fevral 08:05
11 Fevral 07:55
11 Fevral 07:47
11 Fevral 07:47
11 Fevral 07:08
11 Fevral 00:57
11 Fevral 00:34
10 Fevral 23:54
10 Fevral 23:51
10 Fevral 23:37
10 Fevral 23:29
10 Fevral 22:31
10 Fevral 22:28
10 Fevral 22:26
10 Fevral 22:25
10 Fevral 22:21
10 Fevral 22:19
10 Fevral 20:54
10 Fevral 19:55
10 Fevral 19:15
10 Fevral 18:55
10 Fevral 18:48
10 Fevral 18:47
10 Fevral 18:45
10 Fevral 18:42
10 Fevral 17:42
10 Fevral 17:36
10 Fevral 17:24
10 Fevral 17:18
10 Fevral 17:16
10 Fevral 17:09
10 Fevral 17:05
10 Fevral 17:00
10 Fevral 16:54
10 Fevral 16:50
10 Fevral 16:44
10 Fevral 16:37
10 Fevral 16:33
10 Fevral 16:27
10 Fevral 16:26
10 Fevral 16:22
10 Fevral 15:51
10 Fevral 15:45
10 Fevral 15:40
10 Fevral 14:51
10 Fevral 14:42
10 Fevral 14:40
10 Fevral 14:37
10 Fevral 14:25
10 Fevral 14:08
10 Fevral 14:02
10 Fevral 13:46
10 Fevral 13:30
10 Fevral 13:27
10 Fevral 13:15
10 Fevral 13:01
10 Fevral 13:00
10 Fevral 12:48
10 Fevral 12:38
10 Fevral 12:35
10 Fevral 12:27
10 Fevral 12:22
10 Fevral 12:20
10 Fevral 12:19
10 Fevral 12:17
10 Fevral 12:07
10 Fevral 12:04
10 Fevral 11:58
10 Fevral 11:47
10 Fevral 11:39
10 Fevral 11:11
10 Fevral 11:06
10 Fevral 11:04
10 Fevral 10:52
10 Fevral 10:50
10 Fevral 10:36
10 Fevral 10:00
10 Fevral 09:58
10 Fevral 09:55
10 Fevral 09:35
10 Fevral 09:32
10 Fevral 09:27
10 Fevral 09:16
10 Fevral 09:06
10 Fevral 09:05
10 Fevral 09:04
10 Fevral 09:02
10 Fevral 09:00
10 Fevral 09:00
10 Fevral 08:55
10 Fevral 08:53
10 Fevral 08:51
10 Fevral 08:45
10 Fevral 08:40
10 Fevral 08:35
10 Fevral 08:30
10 Fevral 08:20
10 Fevral 08:15
10 Fevral 08:10
10 Fevral 08:05
10 Fevral 07:16
10 Fevral 07:11
10 Fevral 00:32
9 Fevral 22:42
9 Fevral 22:14
9 Fevral 21:57
9 Fevral 21:12
9 Fevral 21:00
9 Fevral 20:34
9 Fevral 20:29
9 Fevral 18:21
9 Fevral 18:19
9 Fevral 16:58
9 Fevral 16:58
9 Fevral 16:56
9 Fevral 16:54
9 Fevral 16:53
9 Fevral 15:23
9 Fevral 15:21
9 Fevral 15:20
9 Fevral 15:19
9 Fevral 15:18
9 Fevral 15:17
9 Fevral 15:16
9 Fevral 15:13
9 Fevral 12:24
9 Fevral 12:21
9 Fevral 11:26
9 Fevral 11:21
9 Fevral 09:59
9 Fevral 09:53
9 Fevral 09:51
9 Fevral 09:04
9 Fevral 09:02
9 Fevral 09:00
9 Fevral 08:58
9 Fevral 08:51
9 Fevral 08:36
9 Fevral 00:19
9 Fevral 00:14
9 Fevral 00:10
9 Fevral 00:04
8 Fevral 21:12
Ən son xəbərləri səhifəmizdən də izləyin