BURADA REKLAMINIZ OLA
BİLƏR

Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır

ABŞ prezidenti Donald Trampın administrasiyası TikTok sosial şəbəkəsinə nəzarəti Amerikanın “Oracle” şirkətinə ötürəcək plan üzərində işləyir.

 

Bu barədə şənbə günü ABŞ Milli İctimai Radiosu (NPR) məlumat yayıb.

 

“Hazırda Ağ Ev tərəfindən müzakirə edilən sövdələşməyə əsasən, Çində yerləşən “ByteDance” şirkətdə payını saxlayacaq. Proqramın alqoritmləri, məlumatların toplanması və proqram təminatının yenilənməsi isə artıq TikTok-un onlayn infrastrukturunun əsasını təmin edən “Oracle” tərəfindən idarə olunacaq”, - məlumatda deyilir.

Tarix: 26 Yanvar 2025, 10:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin