BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə MAAŞLARI ARTIRILDI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

 

Pravda.az xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılır.

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Müdafiə və Maliyyə nazirliklərinə fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

 

Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Tarix: 27 Yanvar 2025, 17:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin