BURADA REKLAMINIZ OLA
BİLƏR

Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının maaşı artdı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması Fərman imzalayıb.

 

Pravda.az xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılsın.

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Daxili İşlər və Maliyyə nazirliklərinə bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə olunub.

Tarix: 27 Yanvar 2025, 17:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin