BURADA REKLAMINIZ OLA
BİLƏR

Birbank mobil tətbiqində yaranan narahatlıqla bağlı daha bir AÇIQLAMA - YENİLƏNDİ

“Birbank” mobil tətbiqinin fəaliyyətindəki çətinliklər aradan qaldırılıb.

 

Pravda.az xəbər verir ki, bu barədə tətbiqin sosial şəbəkə hesabında bildirilib.

 

“Dəyərli Birbanklılar, komandamız mobil tətbiqimizdəki çətinlikləri aradan qaldırıb. Tezliklə tətbiq tam şəkildə bərpa olunacaq. Narahatlığınızı başa düşür və anlayışınıza görə təşəkkür edirik”, – paylaşımda qeyd olunub.

 

***

2025-01-27 22:16

 

Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb.


Pravda.az- ın məlumatına görə, bu barədə "Kapital Bank" məlumat yayıb.


"Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər. Müştərilərimizə anlayışları üçün təşəkkür edirik", - məlumatda deyilir.

Tarix: 28 Yanvar 2025, 01:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin