BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahın HAVASI

Yanvarın 30-da gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Tarix: 29 Yanvar 2025, 12:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin