Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

2025-ci ilin ilk ayında valyuta hərraclarında dollar satışı 500 milyona yaxınlaşdı

2025-ci ilin yanvar ayı ərzində Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 8 valyuta hərracında 498.8 milyon ABŞ dolları satılıb.

 

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.6 faiz çoxdur. Belə ki, ötən ilin yanvar ayı ərzində keçirilən 7 valyuta hərraclarında 417.1 milyon ABŞ dolları satılmışdı.

 

Qeyd edək ki, ötən il ərzində Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 95 valyuta hərracında 7 milyard 169,1 milyon ABŞ dolları satılıb.

Tarix: 30 Yanvar 2025, 13:53   
Xəbər lenti
Çox oxunanlar