BURADA REKLAMINIZ OLA
BİLƏR

Tətil bitdi

Məktəblərdə qış tətili bitib.


Pravda.az-ın məlumatına görə, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq qərarına əsasən, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayıb.


Tətil 27-31 yanvar tarixlərini (5 gün) əhatə edib. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.


Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində 3 fevral 2025-ci il tətildən sonra ilk dərs günüdür.

Tarix: 3 Fevral 2025, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin