BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəyal Məmmədov vəzifəsindən azad edildi

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib.


Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.


Əmrə əsasən, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov vəzifəsindən azad edilib.


Goranboy-Naftalan təhsil sektoruna müdir əvəzi Regional Təhsil İdarəsinin əməkdaşına həvalə edilib.


Qeyd edək ki, Xəyal Məmmədov Goranboy-Naftalan rayonlarə üzrə təhsil sektorunun müdir vəzifəsinə 2022-ci ildə təyin edilib. Məlumata görə, sektor müdiri X.Məmmədov işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb. Onun ərizəsi qəbul edilib və vəzifəsindən azad olunması ilə bağlı əmr imzalanıb./APA


Tarix: 3 Fevral 2025, 10:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin