BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur su markasına qarşı iddia: "Xərçəng yaradır"

Dünyaca məşhur su markası olan "Fiji" şirkətinin qablaşdırılmış sularında insan sağlamlığı üçün təhlükə yarada bilən mikroplastiklər və "bisfenol-A" maddəsi (BPA) olduğu iddia edilir.

 

ABŞ-nin Los-Anceles şəhərində məsələ ilə bağlı məhkəmədə iddia qaldırılıb.

 

İddia ərizəsində qeyd edilib ki, bu maddələr ürək-damar xəstəliklərinə, xərçəngə, autizmə və hətta ölüm kimi ciddi sağlamlıq risklərinə səbəb ola bilər. Bu səbəbdən şirkətin reklamlarının dayandırılması tələb olunub.

 

"Fiji" şirkəti iddiaları qəti surətdə rədd edib:

 

"İttihamlar əsassızdır və gülünc doğurur. Markanın etibarını qorumaq üçün qanuni tədbirlər görəcəyik".

 

Oxu.az

Tarix: 9 Fevral 2025, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin