BURADA REKLAMINIZ OLA
BİLƏR

Avropa ölkələrində bu pasportlara məhdudiyyət qoyuldu

Avropa ölkələrinə vizasız səyahət imkanı verən yaşıl və boz pasportlara məhdudiyyət qoyulub.

 

Pravda.az-ın xəbərinə görə, bu pasportlardan birinə sahib olan insanlar əvvəldən qeydiyyatdan keçməlidir.

 

Qərar 2021-ci ildən etibarən qüvvəyə minəcək. Qeydiyyatdan keçən şəxslər giriş icazəsi ala bilmək üçün 7 avro ödəməlidir.

 

18 yaşdan aşağı, 70 yaşdan yuxarı şəxslərə bu qərar tətbiq edilməyəcək.

 

Avropa Parlamenti bu qərarı sərhəd nəzarətinin təmin edilməsi, epidemiya təhlükəsi, qanunsuz miqrasiya, təhlükəsizlik təhdidi və öz ölkələrinin vətəndaşlarını qorumaq üçün qəbul etdiyini bildirib.

 

Avropaya səyahət etmək istəyən yaşıl və boz passport sahiblərinin aldığı icazə 3 il keçərli olacaq.Modern.az

 

 

Tarix: 9 Dekabr 2019, 20:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin