BURADA REKLAMINIZ OLA
BİLƏR

Saleh Məmmədova yeni müavin təyin edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədova yeni müavin təyin edilib.

 

Pravda.az-ın Modern.az-a istinadən məlumatına görə, sözügedən vəzifəyə Əli Hacıyev gətirilib.

 

44 yaşlı Əli Sabir oğlu Hacıyev Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr və magistr təhsili alıb.

 

O, daha əvvəl SOCAR-da, İqtisadiyyat Nazirliyində, "AzerGold"da çalışıb. Ötən ildən AAYDA-da İnvestisiya Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

 

Əli Hacıyev fevralın 4-də Saleh Məmmədovun müavini təyin edilib.

 

Qeyd edək ki, fevralın 4-də Prezident İlham Əliyev "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” 18 oktyabr 2017-ci il tarixli və "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 19 dekabr 2017-ci il tarixli fərmanlarında dəyişiklik edib.

 

Fərmana əsasən, Agentliyin İdarə Heyətinin (İH) üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərini sayı 2-dən 3-ə çatdırılıb.

Tarix: 11 Fevral 2025, 13:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin