BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının bu ərazilərində qaz təchizatı dayandırılacaq

Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 64 ünvanında yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə 12.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə S.İbrahimxəlilov, Ə.Nəzərov, Məktəbli, S.Məmmədov, N.Paşayev, C.Məmmədli, İ.Ağayev, T.Məmmədov küçələrinin, həmçinin 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü Badamdar, Neftçilər döngəsi adlanan yasayış ərazilərin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.

Tarix: 12 Fevral 2025, 07:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin