BURADA REKLAMINIZ OLA
BİLƏR

I sinfə qəbul prosesində YENİLİK

Uşaqların I sinfə qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ (prioritet) tətbiq olunur.

 

Bu barədə Pravda.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜDTA) məlumat verilib.

 

Bildirilib ki, uşağın ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşaması, uşağın bacı və ya qardaşlarından birinin həmin ümumi təhsil müəssisəsində təhsil alması və uşağın valideynlərindən birinin həmin ümumi təhsil müəssisəsində işləməsi meyarları nəzərə alınacaq.

Tarix: 12 Fevral 2025, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin