BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan XİN Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır.

 

Pravda.az bildirir ki, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkiləri” ilə bağlı bəyanatında əksini tapıb.

 

"Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır.", - bəyanatda deyilir.

Tarix: 16 Fevral 2025, 00:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin