BURADA REKLAMINIZ OLA
BİLƏR

Akif Çovdarov əmlaklarının yenidən geri qaytarılmasını istəyir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovun müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün məhkəmə qərarından yenidən kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, artıq şikayət Ali Məhkəmənin daxil olub.

 

Eks MTN-çi aşağı instansiya məhkəməsinin çıxardığı qərarla razılaşmır, əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edir.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlaklarının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib.

 

Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı yenidən 30 milyonluq əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib. Qərardan narazı qalan Akif Çovdarov Bakı Apellyasiya Məhkəməsinin kassasiya şikayəti verib. Eks MTN-çi əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edib. Lakin şikayət təmin edilməyib.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 17 Fevral 2025, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin